Adım Rauldur. 16 yaşım var. Bu yaşa çatdıqdan sonra dünyanın ədalətsiz olduğunu başa düşməyə başladım. Biz tez-tez insanların həyata, bir-birlərinə, hətta öz övladlarına qarşı bir növ daha aqressiv olduqlarını düşünürük. Xeyirxahlıq müasir cəmiyyətdə əhəmiyyətini itirib. Mentalitet sərtləşib. Hər kəs öz problemlərində, öz eqoizmində boğulur.
Həmyaşıdlarımın öz həyatlarını, yaşadıqlarını, əylənidiklərini, sabahı düşünmədikləri halda mənim kimi və bəzi imkanları olmayan tələbələr pul üçün uşaqlıqılarını qurban verirlər. Pul qazanmaq, universitet pulunu ödəmək üçün gündə 14 saat işləyirlər və düşünürəm ki, bu problemlə imkanları olmayan və ya etibar edə biləcəkləri yaxınları olmayan bir çox gənc qarşılaşıbdır. Bunların hər birinin altında uşaqlıqdakı yaşantılar dayanır...
Hər bir uşağın valideynlərinə ehtiyacı olur – sevildiyini və qəbul edildiyini eşitmək istəyir. Valideynlərdən hansısa bir dəstək və sevgi alan bir çox uşaq başqalarına qarşı daha aqressiv, hörmətsiz yanaşırlar və sahib olduqlarını qiymətləndirmirlər; həyatda ən dəyərli şeyə – valideynlərə sahib olduqlarını təsəvvür etmirlər. Bilirsiniz, bir çox insanın xəyalı sadəcə valideynlərinin olmasıdır. Valideynlərdən heç bir dəstək və sevgi almayan uşaqlar daha sakit, özlərinə inamsızdırlar, həyatda çox vaxt səhv qərarlar verirlər və özlərindən şübhə edirlər. Çünki uşaqlıqda onlara nəyin doğru, nəyin səhv olduğu öyrədilməyib və valideynlərdən heç biri onlara heç vaxt düzgün yolu göstərməyib. Buna görə də insanlar çox səhv edirlər. Amma məncə, nə səhv etsəniz də həyat bununla bitmir, ayağa qalxmaq və yenidən cəhd etmək lazımdır, çünki sizdən başqa heç kim sizi ayağa qaldıran deyil.
Çox duyğulandığım bir videoya rast gəldim. Sahib olduğumuzu qiymətləndirməyən bir nəsil olduğumuzu başa düşdüm. Videoda iki qrup uşaqlar göstərilirdi. Birinci qrup uşaqlar valideyn sevgisi görən, məktəbdə təhsil alan, əylənən, imkanı olan uşaqlar idilər. İkinci qrup uşaqlar isə imkansız, müharibələrin baş verdiyi ölkələrin vətəndaşları idilər; atasızlığın, anasızlığın nə olduğunu çox yaxşı bilirdilər; ailə sevgisinə həsrət qalan uşaqlar idilər. Hər iki qrupdakı uşaqlardan ən çox nə xəyal etdiklərini soruşurlar. Birinci qrupdakı uşaqlar yalnız pul xəyal edirdilər. İkinci qrupdakı uşaqlar isə vəfat edən ailə üzvrlərini ən azı 1 dəfə görmək, valideynlərini və qardaşlarını tanımaq, sabah nə edəcəklərini düşünmədən yaşaya biləcəkləri isti, rahat bir ev, məktəbə getmək istəyirdilər... Bu təcrübə bizə onu göstərir ki, müasir uşaqlar itirmədən çox şeyin qədrini bilməzlər.
İnsan özünə bənzəməyən, “xüsusi” insanlar deyilən, nadir xəstəliklərdən əziyyət çəkən, xəstə olan uşaqlara ən yaxşı halda laqeyd yanaşırlar, ən pis halda isə onlardan üz döndərirlər, barmaqları ilə göstərirlər, təhqir edirlər, alçaldırlar, lağ edirlər...
Heç vaxt sülh, sevgi görməmiş insanlar və dünyanın müharibələrini və qəddarlığını görməmiş insanlar fərqli dəyərlərə sahibdirlər...
Raul BƏDƏLOV