2026-2027-ci tədris ili üçün ictimai məktəblərdə şagirdlərin birinci sinfə qeydiyyatı fevralın 18-də başlayıb və mərhələlərə uyğun davam edəcək.

 

Bu il qeydiyyat prosesində aşağıdakı yeniliklər olacaq:

 

1. 2026-2027-ci tədris ilindən şagirdlərin birinci sinfə qeydiyyat prosesində dəyişiklik edilib. Ümumi qeydiyyat başlayana kimi üçüncü mərhələ – “ərazi prinsipi ilə qeydiyyat olma” əlavə olunub. Məqsəd şagirdlərin yaşayış yerinə yaxın ictimai məktəbə qəbul olmaq imkanını artırmaqdır.

 

2. “Ərazi prinsipi ilə qeydiyyat” mərhələsinə 12 şəhər qoşulacaq – Tbilisi, Kutaisi, Batumi, Rustavi məktəb məntəqələrinə bölünüb və Poti, Zuqdidi, Telavi, Ambrolauri, Axaltsixe, Ozurgeti, Mtsxeta və Qori inzibati sərhədlərlə əhatə olunub.

 

Tbilisi şəhərində isə məktəb dairələrinin inzibati sərhədlərinə yaxın ərazilərdə yaşayan şagirdlərin yaşayış yerindən məsafəsi 1 kilometrdən çox olmayan qonşu məktəb dairəsinin məktəblərində də qeydiyyatdan keçmək hüququ olacaqdır. Daha çox çevikliyin təmin edilməsi məqsədilə, qeyd olunan ünvanların siyahısı və müvafiq məktəblər fərdi inzibati-hüquqi aktla müəyyən ediləcəkdir.

 

Üçüncü mərhələdə qeydiyyat Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin elektron məlumatlar bazasında 2026-cı ilin 1 aprelinə olan göstəricilərə əsasən, şagirdin qeydiyyat ünvanına uyğun həyata keçiriləcək.

 

Kim nə zaman qeydiyyatdan keçməlidir:

 

2026-2027-ci tədris ili üçün şagirdin birinci sinfə qeydiyyat müddəti, mərhələlər və prosedurlar:

 

I mərhələ. Bu mərhələdə 2026-cı il 18 fevraldan 2 marta qədər məktəblərdə xüsusi təhsilə ehtiyacı olan uşaqlar qeydiyyatdan keçiriləcəklər.

 

Birinci mərhələdə qeydiyyatdan keçmiş uşaqların valideynləri istədikləri ictimai məktəbə ərizə ilə müraciət etməlidirlər. Məktəb administrasiyası uşağı Təhsilin İdarəsi üzrə Məlumat Sistemində (EMIS) qeydiyyatdan keçirəcəklər. Xüsusi təhsil ehtiyacının təsdiq edilməsi məqsədilə valideyn məktəbdə müvafiq müraciət formasını doldurmalıdır. Bundan sonra Təhsil Müəssisəsinin Mandatur Xidmətinin İnklüziv və Xüsusi Təhsilə Dəstək Mərkəzinin psixopedaqoji qiymətləndirmə və məsləhət mütəxəssisləri tərəfindən uşağın qiymətləndirilməsi və onun təhsil ehtiyacının müəyyən edilməsi həyata keçirilir. Xüsusi təhsil ehtiyacı təsdiqləndiyi təqdirdə, məktəb şagirdin qəbulunu psixopedaqoji qiymətləndirmə rəyi və müvafiq sənədlər əsasında təmin edir.

 

Birinci mərhələdə qeydiyyatdan keçən uşaqlar üçün sənədlərin təqdim edilməsi və qəbul dövrü 2026-cı il martın 4-dən aprelin 17-nə qədərdir.

 

Xüsusi təhsilə ehtiyacı olan şagird sonrakı xüsusiyyətləri olanlar hesab oluna bilər: a) Fiziki məhdudiyyət; b) İntellektual inkişafın pozulması; c) Təhsil bacarığının pozulması; ç) Sensor inkişafın pozulması (eşitmə və ya görmə); d) Nitq inkişafının pozulması; e) Davranış və emosional pozuntu; ə) Uzunmüddətli hospitalizasiya ehtiyacı; f) Təhsildə sosial faktorlarla bağlı yaranan çətinliklər, hansı ki, bu səbəbdən milli tədris planının tələblərini mənimsəyə bilmir; g) Autizm spektri.

 

Xüsusi təhsil ehtiyacı təsdiq olunmayan uşaqların növbəti mərhələdə qeydiyyatdan keçmək imkanı olacaq.

 

II mərhələ. Bu mərhələdə şagirdlərin qeydiyyatı və sənədlərin təqdim edilməsi 2026-cı il 21 apreldən 8 maya qədər həyata keçiriləcək.

 

Bu mərhələdə qeydiyyatdan keçəcək uşaqlar:

 

• Bacı-qardaşları həmin məktəbdə təhsil alanlar;

 

• Valideynləri həmin məktəbin əməkdaşı olanlar;

 

• Ailədən eyni zamanda bir və ya daha çox uşaq birinci sinfə gedərsə;

 

Təqdim olunan sənədlər əsasında qeydiyyatı ictimai məktəb təmin edəcək.

 

III mərhələ. Ərazi prinsipi ilə onlayn qeydiyyat mərhələsi 2026-cı il mayın 15-dən mayın 25-nə qədər davam edəcək.

 

Qeydiyyatı Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəsmi veb-səhifəsində (registration.emis.ge) valideyn və ya qanuni nümayəndə həyata keçirməlidir.

 

İctimai məktəblərdə III mərhələdə elektron qeydiyyatdan keçmiş şagirdin vacib sənədlərinin qəbulu 2026-cı il mayın 27-dən iyunun 12-nə qədər həyata keçiriləcək.

 

IV mərhələ. Ümumi onlayn qeydiyyat 2026-cı il iyunun 15-də başlayacaq və iyulun 3-nə kimi davam edəcək.

 

Qeydiyyatı Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəsmi veb-səhifəsində (registration.emis.ge) valideyn və ya qanuni nümayəndə həyata keçirməlidir.

 

Elektron qeydiyyatdan keçmiş şagirdin vacib sənədlərinin qəbulu 2026-cı il iyulun 6-dan iyulun 17-nə kimi həyata keçiriləcək.

 

Şagirdin qəbulu üçün vacib sənədlər müəyyən edilmiş müddətdə təqdim olunmazsa qeydiyyat avtomatik ləğv olunacaq.

 

V mərhələ. Bu mərhələdə qalan boş yerlərə və ya əvvəlki mərhələdə boşalan yerlərə I, II, III, IV mərhələlərdə qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək istəyən uşaqların qeydiyyatı həyata keçiriləcək. Bu mərhələ üçün qeydiyyat və sənədlərin təqdim edilməsi 2026-cı il iyulun 20-dən iyulun 31-nə kimi müəyyən edilib.

 

Valideyn və ya qanuni nümayəndə tərəfindən təqdim edilmiş vacib sənədlər əsasında beşinci mərhələdə şagirdin qeydiyyatını ictimai məktəb təmin edir.

 

Birinci sinfə qəbul olmaq üçün lazım olan sənədlər:

 

Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi qeyd olunmalıdır. Ərizə Gürcüstan Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır. Qanuni nümayəndənin şəxsiyyəti təsdiq edən sənədinin surəti və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin surəti (belə hal olarsa). Sənədlər xarici dildə olarsa Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq gürcü dilinə tərcüməsi də təqdim olunmalıdır.

 

Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyəti təsdiq edən sənədin surəti və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin surəti (belə hal olarsa). Sənədlər xarici dildə olarsa Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq gürcü dilinə tərcüməsi də təqdim olunmalıdır.

 

Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi valideynləri qeydiyyat müddəti və şərtləri ilə diqqətlə tanış olmağa çağırır ki, uşaqları vaxtında və maneəsiz məktəbə qeydiyyat edə bilsinlər.