Təhsil Araşdırmaları üzrə Milli Mərkəz gürcü dili hazırlıq proqramının qiymətləndirilməsinin aralıq hesabatını yayımlayıb.

 

Proqramın həyata keçirilməsində hansı çatışmazlıqlar var? – Bu barədə sənəddə oxuyuruq:

 

Proqramın əlçatanlığı və keyfiyyət çatışmazlığı, kəmiyyət analizinin nəticələri benefisiarlarla müzakirə zamanı səsləndirilən fikirləri yaradır. Həmin fikirlərə görə, proqramın nəticələri benefisiar qruplarına əsasən birmənalı deyil. Müvafiq olaraq, qaydaya salınmalıdır: a) Məlumat yayımlamaq; b) Proqrama qəbul və c) Benefisiarların spesifik qruplarının ehtiyaclarını nəzərə almaqla proqram xidmətlərinin göstərilməsi strategiyaları.

 

Konkret olaraq: Qeyri-gürcüdilli məktəblərdə (xüsusilə kənd məktəblərində) proqram haqqında məlumat aşağıdır. Eləcə də ali təhsilin əhəmiyyəti və faydası haqqında məlumat da azdır. Bu isə məktəb şagirdlərində formal təhsildən sonrakı pillələrdə təhsili davam etdirmək motivasiyasının yaranmasına mane olur. Bu problem gənclərin təhsili davam etdirmək qərarı qəbul edən zaman valideynlər tərəfindən “müəyyən qarşıçıxmalarla” mübarizə apardığı kontekstlərdə xüsusilə aktualdır.

 

Bundan əlavə, abituriyentlər dövlət tərəfindən maliyyələşdirilən yerlər üçün müsabiqədə testin dilinə görə qeyri-bərabər şərtlər altında qalırlar. Azərbaycandilli və ermənidilli tələbələr üçün bərabər yer və qrantlar ayrılıb. Bu zaman isə həmin qruplarda məktəb məzunlarının və proqrama qəbul olmaq istəyənlərin sayı qeyri-bərabərdir. 2023-cü ildə imtahana qeydiyyatdan keçmiş azərbaycandilli abituriyentlərdən 43 %-i proqrama qəbul olub. Ermənidilli qrupda isə bu göstərici 72 % təşkil edir. Qəbul olmuş azərbaycandilli tələbələrin 9 %-i qrant qazanmış olur. Ermənidilli qrupda isə eyni göstərici 22 %-dir.

 

Müsahiblərin və məsələni araşdıranların fikrincə, proqramın tələbələrin maksimum sayının hər universitetdə vahid şəkildə (5-5 faiz) müəyyən edilməsi də düzgün deyil. Çünki bəzi universitetlərdə bu proqrama daha çox tələbat var.

 

“Real olaraq gürcü dili kompetensiyasını inkişaf etdirməyə ehtiyacı olanlar üçün proqramda yerlərin sayının əlçatanlığını gürcü dilini onsuz da yaxşı bilənlərin proqrama qəbul olunması da məhdudlaşdırır. Proqrama qəbul olmaq universitetə düşməyin asan yoludur, yaxud da hərbi xidmətdən çəkinmək üçün vasitədir” – sənəddə qeyd olunub.

 

Hesabatda həmçinin qeyd olunub ki, etnik azlıqlar üçün proqram seçimi məhdudlaşdırılıb. Çünki istənilən akademik proqramın əlçatan olduğu universitetdə, ola bilsin, gürcü dilinə hazırlıq proqramı keyfiyyətli şəkildə həyata keçirilə bilmir (tələbələrin sayının az olması və müvafiq olaraq, universitet üçün gəlirin az olmasına görə). Yaxud əksinə, konkret universitetdə gürcü dili hazırlıq proqramı maraqlı seçimdir, lakin həmin universitetdə konkret tələbə üçün maraqlı proqram olmaya bilər. Əsasən, belə problemlər monopoliya tipli universitetlərdə yaranır – məsələn, incəsənət istiqamətində. Gürcü dili benefisiarlarının kompetensiyasının inkişaf etdirilməsi üçün proqram müddətinin və strukturunun dil kompetensiyasının müxtəlif başlanğıc səviyyəsində olan tələbələr üçün fərqli olması mühümdür:

 

“Bir il ərzində bütün benefisiarlar (ilkin səviyyəni nəzərə almaqla) dil kompetensiyasını maneəsiz akademik proqramda təhsili davam etdirməklə inkişaf etdirə bilmir. Proqramın standartlaşdırılmış müddəti (1 il) benefisiarların dili mənimsəmək baxımından fərqli ehtiyaclarına uyğun deyil. Bəzisi üçün proqramla nəzərdə tutulmuş nəticəni əldə etmək xüsusilə çətindir, bəzisi üçün isə çox asandır. Dili müvafiq səviyyədə bilməmək problemləri, xüsusilə gürcü dili hazırlıq proqramı başa çatdıqdan sonra – akademik proqramlarda təhsil prosesində daha açıq görünür. Məzunlar və akademik heyətlə müzakirə edən zaman görünür ki, akademik proqramlarda təhsil almaq təcrübəsi/çətinliyi akademik proqramın/istiqamətin spesifikasına əsasən fərqlidir. Bu fərqli dil kompetensiyalarını tələb edir. Bu, həmçinin dil hazırlığı proqramının strukturu və müddətində də nəzərə alınmayıb. Son illərdə proqrama dil kompetensiyasını inkişaf etdirəcək kurslar əlavə edildi (tələbələr tərəfindən seçilmiş akademik proqramlara əsasən). Ancaq resurs çatışmazlığına görə universitetlər bütün proqramın spesifikasına və tələbələrin ehtiyaclarına uyğun olan kursların rəngarəng spektrini təklif edə bilmirlər. Bu da sonradan akademik proqramda təhsil prosesinə çətinlik yaradır”.

 

Həmçinin benefisiarların bir qismi (akademik proqrama qəbul olunan məqam) kompetensiyanın inkişafı baxımından da geri qalıblar. Bu da akademik proqramlarda təhsil prosesinə mane olur. Kompetensiyaların inkişafı istiqaməti müxtəlif universitetlərin gürcü dili hazırlıq proqramlarında birmənalı şəkildə açılıb. Proqramların sonrakı inkişaf prosesində bu istiqamətə xüsusi diqqət ayrılması mühümdür. Universitet məkanında tələbələrin inteqrasiyasına dəstək yanaşmaları təkmilləşdirilməlidir: Ayrıca universitetlərdə inteqrasiya istiqamətində kifayət qədər çox xidmətlər təklif olunub, bəzi universitetlərdə isə tələbələr bu gün də əsas qrupdan təcrid olunaraq, ayrı binada təhsil alırlar.

 

İnteqrasiya baxımından çatışmazlıqlar proqram başa çatdıqdan sonra, akademik proqramlarda təhsil prosesində də qeydə alınır. Tələbələr və məzunlar, eləcə də akademik heyət qeyri-gürcüdilli tələbələrin yenidən təcrid edilmiş qrup olduğundan danışır. Tələbələrin qiymətləndirilməsi, yaxud məruzəçilərin və tələbələrin münasibətinin, ya da tələbələrin bir-biri ilə qarşılıqlı əlaqəsi prosesində də müəyyən problemlər yaranır. Universitetlərdə inteqrasiya siyasəti əsasən azlıqların hüququ çərçivəsində görünür. Konseptual dəyişiklik hüquqi çərçivədən rəngarənglik çərçivəsində keçidi nəzərdə tutmalıdır. İnteqrasiya komponenti yalnız azlıqlara yönəlməməlidir, o ikitərəfli faydalı proses olaraq çoxluq, eləcə də azlıq nümayəndələri üçün nəzərdə tutulmalıdır.

 

 

Mənbə: etaloni.ge