Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi 2024-cü ilin hesabatını 2025-ci ilin iyulunda yayımlayıb. Sənəddə müxtəlif statistik göstəricilərlə yanaşı, müəllim və direktor peşəsinin tənzimlənməsi üçün proqram çərçivəsində aparılmış fəaliyyətlər də sadalanıb.
Məlumata əsasən, hesabat dövründə Gürcüstan məktəblərində 61057 müəllim fəaliyyət göstərib. Onlardan 1019-u təcrübəçi müəllim, 42595-i baş müəllim, 9350-si aparıcı müəllim, 864-ü mentor müəllim, 684-ü “axtaran” müəllimdir, 6581 müəllimin isə heç bir statusu yoxdur. Ümumtəhsil sitemində 2359 xüsusi müəllim var ki, onlardan 524-ü xüsusi təcrübəçi müəllim, 1695-i xüsusi baş müəllim, 10-u xüsusi aparıcı müəllim statusuna sahibdir.
Hesabat dövründə Müəllimlərin Peşəkar İnkişafı və Karyerada İrəliləmə Sxeminə əsasən, 2054 müəllimin statusu dəyişib (108 mentor müəllim, 346 aprıcı müəllim, 1600 baş müəllim).
216 xüsusi müəllim baş müəllim statusu qazanıb, 240 “axtaran” müəllim baş müəllim olub. “Axtaran” proqramına əlavə 372 müəllim qoşulub. “Axtaran” müəllim proqramına daxil olan akademik kursu 272 “axtaran” statuslu müəllim başa vurub. “Axtaran” müəllim proqramını uğurla başa vurmaq və imtahanı verməklə 240 “axtaran” müəllim baş müəllim statusu qazanıb. Praktiki işin qiymətləndirilməsi məqsədilə aparıcı və mentor statusu qazanmaq istəyən 543 müəllim qeydiyyatdan keçib. Praktiki işin qiymətləndirilməsi prosesi həyata keçirilib ki, bunun nəticəsində də 454 müəllimin statusu dəyişdirilib.
Mənbə: etaloni.ge