2026-2027-ci tədris ili üçün şagirdin birinci sinfə ümumi qeydiyyat mərhələsi ünvana əsasən həyata keçiriləcək. Bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ümumi təhsil sisteminin islahatı konsepsiyasının təqdimatında bildirib.

 

Nazir qeyd edib ki, 2026-2027-ci tədris ilində şagirdlərin birinci sinfə qeydiyyatı ilə bağlı yenilik hələlik yalnız böyük şəhərlərə aid olacaq.

 

“2026-2027-ci tədris ili üçün birinci siniflərin qeydiyyat prosesində dəyişikliklər olacaq. Ümumi qeydiyyat mərhələsi başlayana qədər şagirdin qəbulu qeydiyyatda olduğu yaşayış ünvanına əsasən həyata keçiriləcək. Bu əlavə mərhələ yalnız böyük şəhərlərə aiddir”, – deyə G.Mikanadze bildirib.

 

Onun sözlərinə görə, məktəblərdə qeydiyyat yaşayış ünvanına əsasən ümumi qeydiyyat başlayana qədər elan olunacaq. Bu barədə 2026-cı ilin mart ayında ətraflı qərar qəbul olunacaq.

 

“Bir çox hallarda, məsələn, məktəb evdən təxminən 400-500 metr məsafədə yerləşir, amma həmin məktəbə uşağın qeydiyyat olunması problemdir. Sistem düzgün işləyir, buna baxmayaraq, ümumi qeydiyyat prosesinə müxtəlif rayon, məntəqə sakinləri qoşulurlar. Sistemin yüklənməsindən irəli gələrək, ola bilsin, məsələn, Qldanda yaşayan sakinimiz uşağı Saburtaloda yerləşən məktəbə qeydiyyat etsin. Ancaq həmin məktəbin yaxınlığında yaşayan ailə isə öz uşağını qeydiyyatdan keçirə bilməsin. Əlbəttə, bu, müəyyən qəzəb yaradır və tamamilə anlaşılandır. Eləcə də nadir hallarda Mtsxetadan, Kaspidən, Rustavidən Tbilisiyə məktəbə uşaqlar gətirirlər və bu göstərici yaşadığımız yerdə gedən proseslərdən qeyri-adekvatdır. Bu, qismən də olsa səhərlər nəqliyyat vasitələrinə maneəçilik yaradır. Bu islahatın həyata keçirilməsində bizim məqsədimiz bütün məktəblərin prestijli olması, bütün məktəblərdə vahid standartın tətbiq edilməsi və fərqlilik komponentinin olmaması, bütün məktəblərin ali standartlara cavab verməsidir”, – deyə nazir qeyd edib.

 

Təhsil, elm və gənclər naziri məsələ ilə bağlı nümunə olaraq Didi Diğomidəki vəziyyətdən danışıb.

 

“Didi Diğominin göstəricilərini nəzərə alaq, bu məntəqədə yalnız üç ictimai məktəb var və əlbəttə, bu, problemdir. Belə halda, ilk növbədə məhz Didi Diğomidə yaşayanlara imkan verməliyik ki, həmin üç məktəbə öz uşaqlarını qeydiyyatdan keçirsinlər. Amma əgər onlara yer qalmazsa, məhz buna görə, infrastruktur məsələsi sonuna qədər həll olunmasa, bizim ümumi prinsipimiz var ki, valideynə sonrakı mərhələdə Tbilisi miqyasında uşağını hər hansı məktəbə qeydiyyatdan keçmək və həmin məktəbə aparmaq imkanı verir. Bu komponent sadəcə konkret məntəqədə, rayonda, şəhərdə şagirdlərin qeydiyyatını daha çox tənzimləyir”, – deyə Givi Mikanadze bildirib.

 

Onun sözlərinə görə, uşağın ən yaxşı maraqlarını, onun sosial-emosional hazırlığını və inkişaf tempini nəzərə almaqla məktəb yaşı 6 yaş müəyyən edilib. Bu isə şagirdin yalnız 15 sentyabra qədər 6 yaşı tamam olduğu halda məktəbə qəbul olunacağını nəzərdə tutur.

 

Mənbə: edu.aris.ge