Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin (NAEC) rəsmi göstəricilərinə əsasən, bütün Gürcüstan miqyasında ali təhsil müəssisələrinə 2025-ci ildə 31704 abituriyent qəbul olub. Buradan 19 dövlət universitetinə 21538 abituriyent – birinci kurs tələbəsi qəbul olub.
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadzenin 12 fevralda verdiyi bəyanatından sonra məlum olur ki, ötən il qəbul olanların sayı 19311 nəfər təşkil edib, bu göstəricilər Təhsil Nazirliyinin rəsmi pres-relizində verilib.
2025-2026-cı ildə dövlətin ali təhsil müəssisələrində qəbul yerlərinin sayı, eləcə də NAEC-in məlumatına görə, 27204-ə bərabər idi. Gürcüstanın Baş nazirinin qərarına əsasən isə, qəbul üçün yerlərın sayı 2026-2027-ci tədris ili üçün 21574-ə bərabərdir.
Belə çıxır ki, 2026-2027-ci tədris ili üçün elan edimiş yerlərin sayı artıq ötən il qəbul olmuş tələbələrin cəmindən azdır. Onu da nəzərə alaq ki, elan edilmiş yerlər həmişə dolmur. Ötən il dövlət universitetlərində elan edilmiş yerlər 79 % dolmuşdu. Güman ki, bu il daha az tələbə qəbul olunacaq.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Gürcüstanın dövlət universitetlərinə 21538 abituriyent qəbul olub:
Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Universiteti – 205 abituriyent;
Şota Mesxia adına Zuqdidi Dövlət Universiteti – 161;
Kutaisi Beynəlxalq Universiteti – 468;
Suxumi Dövlət Universiteti – 778;
Şota Rustaveli adına Teatr və Kino üzrə Dövlət Universiteti – 128;
Gürcüstan Texniki Universiteti – 3576;
Tədris Universiteti – Batumi Dövlət Dəniz Akademiyası – 594;
Samtsxe-Cavaxeti Dövlət Universiteti – 298;
İlia Dövlət Universiteti – 3829;
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti – 6115;
Yakob Qoqebaşvili adına Telavi Dövlət Universiteti – 298;
Tbilisi Dövlət Tibb Universiteti – 537;
Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyası – 69;
Tbilisi Apolon Kutateladze adına Dövlət Rəssamlıq Akademiyası – 361;
Davit Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyası – 111;
Qori Dövlət Universiteti – 422;
Batumi Dövlət İncəsənət Universiteti – 57;
Batumi Şota Rustaveli adına Dövlət Universiteti – 1632;
Akaki Tsereteli Dövlət Universiteti – 1899.
Mənbə: edu.aris.ge