2024-2025-ci tədris ilinin başlanğıcında Gürcüstanın ümumtəhsil müəssisələrində 18 və yuxarı yaşı olan şagirdlərin sayı 3651 nəfər təşkil edib.
Gürcüstan Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən, 2024-2025-ci tədris ilində məktəblərdə 18 yaşdan yuxarı qeydiyyatdan keçənlərin göstəriciləri aşağıdakı kimidir:
18 yaş – 3152 şagird (qız –1445; oğlan – 1707);
19 yaş – 262 şagird (qız – 97; oğlan – 165);
20 yaş və yuxarı – 237 şagird (qız – 103; oğlan – 134).
Mənbə: etaloni.ge