Milli Statistika Xidmətinin yaydığı məlumata əsasən, 2025-2026-cı tədris ilinin başlanğıcında Gürcüstanda 2292 ümumtəhsil müəssisəsi fəaliyyət göstərib, bunlardan ən çox məktəb (17,1 %) İmeretidə yerləşir.

 

Məlumatda bildirilib ki, əvvəlki tədris ili ilə müqayisədə məktəblərin sayı 2 vahid azalıb. Hazırda mövcud olan 2292 məktəbdən 2086-sı dövlət, 206-sı isə özəl məktəbdir.

 

Statistika xidməti həmçinin şagirdlərin sayını da açıqlayıb. Regionlar arasında ən çox şagird (36,0 %) paytaxt Tbilisidə təhsil alır. Ümumilikdə isə, 2025-2026-cı tədris ilinin başlanğıcında ölkənin ümumtəhsil müəssisələrində 644,2 min şagird qeydiyyatdan keçib ki, bu da əvvəlki tədris ilinin göstəricisindən 0,6 % çoxdur.

 

Bundan əlavə, dövlət məktəblərində şagirdlərin ümumi sayının 88,8 %-i, özəl məktəblərdə isə 11,2 %-i təhsil alır. Şagirdlərin ümumi sayından 48,4 %-i qızlar, 51,6 %-i isə oğlanlardır.

 

Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə orta təhsil alan 41,4 min şagird olub ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 0,8 % azdır.

 

Mənbə: edu.aris.ge