“Gürcüstan hökumətinə iki əsas parametri müəyyən etmək hüququ verilir, birinci: tələbələrin kvota məsələsi – tələbələrin sayının kvotası Gürcüstan hökumətinin qərarı ilə olacaq. Bu qərar əmək bazarının tələblərinə əsaslanacaq. İkinci: hökumət onun əmlakında olan dövlət universitetlərində özünə mühüm olacaq konkret istiqamətləri müəyyən etməyi planlaşdırır” – ali təhsil islahatı ilə əlaqədar qanunvericilik dəyişikliklərinin təqdim edilməsi zamanı parlamentdə təhsil nazirinin müavini Zviad Qabisonia qeyd edib.
Parlament dəyişiklikləri artıq təsdiq edib. Bu o deməkdir ki, dövlət qrant maliyyəsi ləğv olunub və 3+1+1 modelinə keçiləcək, ancaq Z.Qabisonianın sözlərinə görə, dəyişikliklər 2026-cı ildə qəbul olunacaq tələbələrin sayına təsir etməyəcək:
“Dövlət və ya özəl təhsil müəssisələri təxminən 150 minə yaxın tələbə qəbul edirdi və 2026-cı ildə də bu say dəyişməz qalacaq”, – deyə nazir müavini bildirib.
Ali təhsil istiqamətində konkret dəyişikliyə gəldikdə, yeni maliyyələşdirmə sistemi tətbiq olunacaq – Gürcüstan hökuməti tərəfindən təsis edilmiş ali təhsil müəssisələrində təhsil almaq tamamilə dövlət tərəfindən, Gürcüstan hökuməti tərəfindən təyin edilmiş “Gürcüstan hökuməti tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinin maliyyələşdirilmə qaydası və şərtləri”nə uyğun olaraq həyata keçiriləcək.
Universitet sistemində 3+1+1 sistemi tətbiq olunacaq. Burada 3 il bakalavr, 1 il magistraturaya həsr olunacaq.
Gürcüstan hökuməti: Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin təqdimatı ilə universitetlərdə həyata keçirmək hüququ olan təhsil proqramları (kurikulumlar) siyahısını müəyyən edəcək. Eləcə də Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin təqdimatı ilə hər il dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrində vahid milli/magistratura imtahanları ilə vahid milli/magistratura imtahanlarından keçmədən qəbul olunacaq tələbələrin sayını ali təhsil müəssisəsi təhsi proqramlarına əsasən təsdiq edəcək.
Onlayn universitetin konsepsiyası/modeli və standartın hazırlanması müddəti 2028-ci ilin 1 yanvarına qədər uzadılacaq.
Sənəddən aydın görünür ki:
1. Abituriyentlər (2026-cı ildə) vahid milli imtahanlar nəticəsində ali təhsil müəssisələrinə qəbul olacaqlar;
2. Dövlət ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq kateqoriyası yenə də qalmaqdadır;
3. Qeyd olunan qanunlayihə vahid milli imtahanların formatının dəyişdirilməsini nəzərdə tutur.
Nazir müavini onu da qeyd edib ki, aplikant müxtəlif dövlət universitetində fakültə seçə bilməz, özəl ali müəssisələrdə heç bir məhdudiyyət olmayacaq.
“Guya bizim müəyyən tip məhdudiyyətləri nəzərə aldığımız düşünülür, normativ aktlarda oxşar tipli dəyişikliklər nəzərə alınmayıb.
Bu gün mövcud modelə əsasən Tbilisidə 5 hüquq, 5 iqtisadiyyat fakültəsi var. Dövlət universitetlərini nəzərdə tuturam: Tbilisi Dövlət Universiteti, İlia Dövlət Universiteti, Gürcüstan Texniki Universteti, Soxumi Dövlət Universiteti. Mövcud modelə əsasən, tələbə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini, İlia Dövlət Universitetini, Gürcüstan Texniki Universitetini də seçə bilər.
Bu model məhdudlaşdırılacaq, çünki həmin 5 hüquq fakültəsini 1 fakültəyə çevirəcəyik, bir proqram olaraq birləşdirəcəyik. Bu, hökumət tərəfindən təyin edilmiş konsepsiyada yazılıb”, – deyə Zviad Qabisonia bildirib.
Mənbə: etaloni.ge