Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı ilə “Deizm” kitabı üzrə oxu müsabiqəsi keçirilib.
“Yeni Yol” xəbər veiri ki, müsabiqəyə 300-dən çox gənc qatılıb. Dekabrın 27-də yazılı imtahan təşkil edilərək birinci, ikinci və üçüncü yerləri tutan iştirakçılara mükafatlar təqdim olunub.
Kitab oxumaq üzrə müsabiqədə birinci yerə Əminə İbrahimova, ikinci yerə Zəhra Hüseynova, üçüncü yerə isə Sevinc Məmmədova layiq görülüb.
Qeyd edək ki, birinci yerin sahibi 1500 lari, ikinci yerin sahibi 1000 lari, üçüncü yerin sahibi isə 500 lari pul mükafatı və sertifikatlarla təltif olunublar.
Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev, eləcə də hər iki qurumun nümayəndələri iştirak edib və gənclərə uğurlar arzulayıblar.